Accessibility links

Cenevrədə Ukraynaya dair danışıqlar keçirilib


Cenevrədə Ukraynaya dair beynəlxalq danışıqlara. ABŞ rəsmiləri Rusiyanın gərginliyi azaltmaq niyyətinin ciddi olub olmadığını müəyyən edib.

Nümayəndələr Ukraynada gərginliklərin azaldılmasına dair razılıq əldə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri görüşdən sonra müxbirlərə deyib ki, razılıqda böhranın həlli üçün vasitəçilik nəzərdə tutlur.

Tərəflər razılıqda qruplaşmaların silahsızlaşdırılması və gərginliklərin azaldılması sahəsində monitoriqin nəzərdə tutuduğunu bəyan edib.

Diplomatlar ATƏT-in vasitəlik səylərinə başçılıq edəccəyini deyib.

Danışıqlarda Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqının xarici işlər nazirləri iştirak edib.

Bundan əvvəl CBS kanalına müsahibəsində ABŞ prezidenti Barak Obama deyib ki, Rusiya Ukraynanın suverenliyini və ölkədə stabilliyi pozmasına görə məsuliyyətli tutulacaq.

Amma cənab Obama Rusiyanın müharibə istəmədiyinə əmin olduğunu bildirib.

Rəsmi Moskva Ukraynanın rusdilli icmasını müdafiə etmək hüququ olduğunu bildirib.

Moskva yeni Ukrayna liderlərini Rusiyanın əleyhinə olmaqda və antisemitizmdə ittiham edir və Ukraynadakı Rusiy pərəst sakinlərin hüquqlarını pozmaqda təqsirləndirir.

BMT insan haqları rəsmisi İvan Simonvik Təhlükəsizlik Şurasına mart ayında Ukraynaya iki səfəri zamanı onun qrupunun etnik ruslara qarşı genişmiqyaslı hücumları qeydə almadığını deyib.

Moskva BMT-nin məlumatını qeyri-obyektiv və əsassız adlandırıb.
XS
SM
MD
LG