Accessibility links

Kiyev məhkəməsi Ukraynanın şərqində həbs etdiyi iki rus əsgərini terrorizm və digər cinayətlərdə ittiham edərək 14 il həbs cəzasına məhkum edib.

Bazar ertəsi günü məhkəmə Aleksandr Aleksandrovu və onun komandiri Yevqeni Yerofeyevi Ukraynaya qarşı müharibə aparmaqda, terrorçu qrupa kömək etməkdə, terrorçuluqla məşğul olmaq və silahdan istifadə edərək silahlı münaqişəni qızışdırmaqda günahlandırıb.

Aleksandrov və Yerofeyev Rusiya əsgərləri olduqlarını qəbul ediblər. Lakin Rusiya Müdafiə Nazirliyi bildirib ki, onlar hərbi xidmətdən azad olublar və könüllü olaraq Ukraynaya gediblər.

Onların həbsi Rusiyada 22 il həbs cəzasına məhkum olmuş pilot Nadiya Savçenkonun dəyişdirilməsi üçün mümkün variant olaraq görünür.

Rusiya Ukraynaya hərbi qüvvə göndərdiyini inkar edir. Rusiyapərəst separatçılar Ukrayna hökumət qüvvələri ilə 2014-cü ilin aprel ayından bəri döyüşlər aparır. Münaqişədə indiyə qədər 8100 insan həlak olub.

XS
SM
MD
LG