Accessibility links

Rusiyada artmaqda olan ksenofobiya


Rusiyada artmaqda olan ksenofobiya
please wait

No media source currently available

0:00 0:03:03 0:00
Rusiya ruslar üçün”, “Moskva moskvalılar üçündür” şüarları Rusiyanın Milli Həmrəylik günü səsləndirilib.

Çoxmillətli Rusiya və müxtəlif dinlərlərin həmrəyliyi deyil, nümayişçilər Moskvanın yaxın zamanda ağ şəhər olacağını deyiblər. Şəhər rəsmiləri nümayişçiləri şəhərin mərkəzindən uzaqlaşdıraraq, ciddi təhlükəsizlik tədbirləri görüb.

Bütün bunlara baxmayaraq, minlərlə insan Orta Asiya və Qafqaz regionundan gələnlərə etirazını bildirməyə nail olub.

Vladimir Tor millətçilərin lideridir. "Biz Rusiyanın milli maraqları, demokratik hökuməti adından Orta Asiyalı və Qafqazlılar üçün viza rejiminin tətbiqini istəyirik..”

Tarixən kozaklar Rusiyanın cənub müsəlman sərhədlərini qoruyub. Kozak Sergeyin dediyinə görə, miqrantlar məvacibləri azaldır. “Hökumət elə bir şərait yaradıb ki, asiyalılar və qafqazlılar kimi azlıqlar Rusiyaya işləməyə gəlir. Çünki bu, onlara slavyanlardan az maaş ödəyən hökumətin mənafeyinə xidmət edir. Baxmayaraq ki, slavyanların sayı çoxdur və onlar işsizdir.”

Moskvanın müsəlman əhalisinin artması ucuz işçi qüvvəsi ilə bağlıdır.

Moskva sakinlərini nəzarətin əldə çıxacağı qorxudur.

Millətçi siyasətçi Vladimir Jerenovski bu yaxınlarda televizya proqramında Çinin əhali siyasətinin qafqazlılar üçün tətbiqinə çağırmışdı. “Orta sinif ailələrə bir və ya Iki uşaq icazəsi verilməlidir. 3-cü uşağa görə onlar cərimələnməlidir. Əgər bunu istəmirlərsə, dəmir məftillər cəkilməlidir.”

İnsan hüquqları müdafiəçisi Lyudmila Alekseyeva Kremli bu təhlükəli strategiyasına görə tənqid edir.“Qəsdən millətçiliyi qızışdırırlar. Hökumətdən narazı insanlar hirsini digər xalqlardan çıxarır."

Gənclərin nümayişi Rusiyanın artmaqda olan ksenofobiyasına işarədir.

Son rəy sorğuları moskvalıların 81 faizinin miqrantların deportasiyasını dəstəklədiyini göstərib. Respondentlərin 84 faizi Kremlin Qafqaz regionunun təzminatını kəsməli olduğunu hesab edir.
XS
SM
MD
LG