Accessibility links

Rusiyada isti hava şəraiti sona çatır


Moskvalılar bu gün küçələrə plaş və çətirlərlə çıxıblar

Soyuq temperatura Moskva və mərkəzi Rusiyanın geniş hissəsindən keçərək rekord istiliyik və meşə yanğınlarından təngə gəlmiş regiona yüngüllük gətirir. Moskvalılar bu gün küçələrə plaş və çətirlərlə çıxıblar. Paytaxtda yağışlar yanğın hisini yuyub aparır. Ermənistana bugünki səfəri zamanı Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, ölkəsi ən ağır isti hava şəraiti və yanğının öhdəsindən gəlib və vəziyət düzəlmək üzrədir. O, eyni zamanda ölkənin üç ən çox zərər çəkmiş regionunda fövqəladə vəziyyəti aradan qaldırıb. Fövqəladə hallar üzrə rəsmilər 50-dən çox insanın ölümünəvə 3500 nəfərin evsiz qalmasına səbəb olan yüzlərlə meşə yanğınlarına qarşı mübarizədə irəliləyiş əldə etdiklərini bildiriblər.

XS
SM
MD
LG