Accessibility links

Rusiyadakı yanğınların sürətinin azaldığı deyilir


Fövqəladə Hallar Nazirliyi Moskva və Ryazan bölgələrində yanğınların artıq nəzarət altında olduğunu bildirirlər

Rusiya rəsmilərinin bildridyinə görə, meşə yanğınlarının sürəti son 24 saat ərzində 150 kvadrat km azalıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bu gün bildirmişlər ki, Moskva və Ryazan bölgələrində yanğınlar artıq nəzarət altındadır. Lakin 810 kvardat km sahənin yanğınlara məruz qaldığı, nəticədə 52 nəfərin öldüyü, 3 500 insanın evsiz-eşiksiz qaldığı bildirlir. Sverdlovsk regionu da daxil edilməklə, yanğının davam etdiyi bölgələrə fövqəladə yardım dəstələrinin göndərildiyi deyilir.

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedevə bildirib ki, ABŞ Rusiyanın təcili yardım dəstələri və təchizat barədə müraciətinə müsbət cavab verir.



XS
SM
MD
LG