Accessibility links

Rusiyadan Şimali və Cənubi Koreyaya qaz kəməri çəkiləcək


Rusiyadan Şimali və Cənubi Koreyaya qaz kəməri çəkiləcək
Rusiyadan Şimali və Cənubi Koreyaya qaz kəməri çəkiləcək

Şimali Koreya Rusiya prezidenti Dmitri Medvedevdən Şimali Koreyadan Cənubi Koreyaya qaz kəməri inşasına dair əməkdaşlıq etməsi barədə müraciət mesajı alıb. Pxenyanın rəsmi KCNA xəbər agentliyi bu gün mesajın üç ölkə arasında dəmir yolu və enerji nəqliyyat xətləri çəkilməsini də təklif edir.

Mesaj Koreya yarımadasında yaponların müstəmləkəçiliyinin sona çatmasının ildönümünə təsadüf edib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib ki, Şimali Koreya rəsmiləri ilkin danışıqlar zamanı kəmər inşası təklifinə müsbət cavab bildiriblər. Cənubi Koreya son illərdə Rusiyadan böyük həcmdə təbii qaz almaq üçün müqavilə bağlayıb və Şimali Koreyadan gedən kəmər nəqliyyat xərclərini əsaslı şəkildə azaldacaq.

XS
SM
MD
LG