Accessibility links

Rusiyalı silah alverçisi Viktor Boutin üzərindən ittihamlar götürülüb


Rusiyalı silah alverçisi Viktor Boutin üzərindən ittihamlar götürülüb
Rusiyalı silah alverçisi Viktor Boutin üzərindən ittihamlar götürülüb

Keçmiş Sovet hava qüvvələrinin zabiti Boutun Rusiya təhlükəsizlik məsələlərinə dair həssas məlumatlara malik olduğuna inanılır

Tailand məhkəməsi pul yumaqda və qanunsuz pul ötürmələri ilə məşğul olmaqda şübhəli bilinən rusiyalı silah alverçisi Viktor Boutin üzərindən ittihamları götürüb. Buna səbəb sübutun çatışmazlığı və onun ABŞ-a ekstradisiyasına yaxın olmasıdır. Tailandın ali məhkəməsinin avqust ayında çıxarılan qərarına görə Bout əvvəlki ittihamlara görə ekstradisiya edilməliydi. Lakin ABŞ məhkəmənin başqa tərəfə istiqamət götürəcəyindən ehtiyatlanaraq, bu qərardan sonra yeni ittihamları irəli sürdü. Bu gün Banqkokun cinayət məhkəməsi yeni ittihamları əhatə edən prosesi ləğv edib. Rusiya ABŞ-ın ekstradisiyaya dair cəhdlərinə sərt etiraz edib. Keçmiş Sovet hava qüvvələrinin zabiti Boutun Rusiya təhlükəsizlik məsələlərinə dair həssas məlumatlara malik olduğuna inanılır.

XS
SM
MD
LG