Accessibility links

Rusiyanın Olimpiya oyunlarından uzaqlaşdırılması qərarı təxirə salınıb


Beynəlxalq Olimpiya Komitəsi dopinq qalmaqalından dolayı bütün Rusiya komandalarının gələn ay keçiriləcək Rio Olimpiadasında iştirak edib- etməyəcəkləri ilə bağlı qərarı təxirə salıb.

Komitə bütün rusiyalı idmançıların 2016-cı il Olimpiya oyunlarından məhrum edilməsinin və şəxsi ədalət hüququnun tətbiq edilməsinin hüquqi yollarını araşdıracaq

İcra heyyəti çərşənbə axşamı İsveçrədə təcili görüş keçirib. Görüşdə rusiyalıların Olimpiyadada iştirakdan məhrum edilməsinin dərhal tətbiq edilməməsi qərarı verilib.

“Komitə bütün rusiyalı idmançıların 2016-cı il Olimpiya oyunlarından məhrum edilməsinin və şəxsi ədalət hüququnun tətbiq edilməsinin hüquqi yollarını araşdıracaq,” deyə Beynəlxalq Olimpiya Komitəsinin bəyanatında bildirilir.

Beynəlxalq Olimpiya Komitəsi cümə axşamı İdman Arbitraj Məhkəməsinin rusiyalı idmançıların yüngül atletika yarışlarında iştirakına qadağa qoyan Atletika Federasiyalar Assosiyasiyasının qaydaları ilə verəcəyi qərarı müzakirə edəcək.

Komitə həmçinin, Dünya Anti-Dopinq Təşkilatının anti-dopinq məcəlləsini və Olimpiya Nizamnaməsini də nəzərdən keçirəcək.

Beynəlxalq Olimpiya Komitəsinin bu qərarından bir gün öncə Dünya Anti-Dopinq Təşkilatı komitəni rusiyalı idmançılar və rəsmilərin Braziliyada keçiriləcək Yay Olimpiya oyunlarında iştirakına qadağa qoymağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi idman nazirini işdən kənarlaşdıraraq istintaq başladıb. O, Dünya Anti-Dopinq Təşkilatının hesabatının doğruluğuna şübhə ilə yanaşdığını da bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG