Accessibility links

"Rusiyanın Səsi" radiosunun Vaşinqton bürosu bağlanıb


Rusiya hökumətinin maliyyələşdirdiyi Voice of Russia (Rusiyanın səsi) radiosunun federal təhqiqat və keçmiş əməkdaşlarla hüquqi proseslə əlaqədar Vaşinqton bürosunun rəhbəri işdən azad edilərək, ABŞ paytaxtındakı ofisi bağlanıb.

Radionun keçmiş əməkdaşının bildirdiyinə əsasən, Vaşinqton bürosunun bağlanması işçilərə bazar ertəsi iclasda müdir Roman Tokman tərəfindən elan edilib.

Radionun ABŞ-da əməliyyatlar idarəsinin baççısı Aleksey Lazovski keçən il vergilərdən yayınmaqda ittiham edilib. Ona bu il hökm veriləcəyi gözlənilir.

Voice of Russia radiosunda əməkdaşlarla rəftar məsələsi də ABŞ-ın Vergi nazirliyi və Bərabər İş İmkanları Komissiyasının diqqətindən yayınmayıb.

Vergi nazirliyi radionun tam iş günü çalışan işçilərlə yanaşı, vergilərdən yayınmaq üçün müqavilə əsasında çalışan işçilərdən istifadə edib-etmədiyi məsələsini araşdırır. Bərabər İş İmkanları Komissiyası isə keçmiş əməkdaşların irqi zəmində işdən çıxarıldıqları haqda şikayətlərilə əlaqədar radioya diqqət göstərib.

Əməkdaşlar İnternational TV Services şirkətinə qarşı iddia qaldırıb. Bu Amerika şirkəti materialların hazırlanması və idarəçiliklə məşğul olmaq üçün Voice of Russia tərəfindən işə götürülüb.

Bəziləri Voice of Russia radiosunun hüquqi problemləri olmayan başqa bir menecer şirkəti vasitəsilə ABŞ-a qayıdacağına inanır.

Bu ilin əvvəli Rusiya Amerikanın Səsi radiosunun proqramlarının Moskvadan orta dalğada yayımını dayandırmışdı.

XS
SM
MD
LG