Accessibility links

Fancy Bear-in daha bir kiber hücumu


Dünya Dopinqlərlə Mübarizə Agentliyi çərşənbə axşamı Rusiya kiber-casus qrupunun Rio Olimpiya Oyunlarında iştirak edən idmançılar barədə məxvi məlumatlar əldə etdiyini təsdiqləyib.

Çar Tim-APT 28. qrupu Fancy Bear kimi də tanınır. Bu qrup Dünya Dopinqlərlə Mübarizə Agentliyinin məlumat bazası və idarə sisteminə daxil olaraq, idmançılarla bağlı məlumatları İnternetdə yayıb və daha çox məlumatın açıqlanacağı ilə hədələyib.

Məlumatda Dünya Dopinqlərlə Mübarizə Agentliyinin qondarma "Terapevtik istifadə üçün icazə" adı ilə federasiyalar və idmançıların müəyyən preparatlardan istifadə etmək imkanı ilə təmin edildiyi bildirilir.

Fancy Bear veb səhifəsində tennisçi bacılar Serena və Venus Uilliyamslar, qızıl medal qazanan gimnast Saymon Bayls da daxil edilməklə, çox sayda qızıl medal alan ABŞ idmançıları haqda məlumat verib.

Bayls Tvitter hesabında diqqətsizlik və hiperaktivliklə bağlı dərman qəbul etdiyini etiraf edib.

XS
SM
MD
LG