Accessibility links

Tənqidçilər qanunun informasiya azadlığının məhdudlaşdırılmasına yönəldiyini deyir

Rusiya hökumətinin arzuolunmaz hesab etdiyi materialların yerləşdirildiyi veb səhifələri bağlamasına icazə verən yeni qanun qüvvəyə minib.

Bu ilin əvvəli prezident Vladimir Putin tərəfindən imzalanan qanunun tərəfdaları bununla yeniyetmələrin uşaq pornoqrafiyası, intihar halları və narkotik maddələrə dair məlumatlardan mühafizə olunacağını deyirlər. Tənqidçilər isə belə bir qanunun hökumətin müxalifət saytlarına girişi məhdudlaşdırması və ya bağlamasına imkan verə biləcəyini bildirirlər.

Rusiyada bu il internetlə bağlı vətəndaş hüquqlarının və xarici yardımın məhdudlaşdırılmasına yönəlmiş bir sıra qanunlar qəbul edilib.
XS
SM
MD
LG