Accessibility links

Rusiya Gürcüstanla əlaqələrin normallaşacağına ümid edir


S

S

Rusiyanın Xarici İşlər Nazirliyi bazar ertəsi Gürcüstanda keçirilən parlament seçkilərinin iki ölkə arasında münasibətlərin normallaşmasına yardım edəcəyinə ümid etdiyini bildirib.

Nazirliyin sözçüsü Aleksandr Lukaşeviçin bu gün açıqladığı bəyanada deyilir ki, Gürcüstanda cəmiyyət dəyişikliyə səs verib və Gürcüstan normal həyata qayıtmaq yolunda irəliləyəcək, qonşuları ilə konstruktiv əlaqələr quracaq.

Dünən Gürcüstan prezidenti Mixail Saakaşvili bazar ertəsi keçirilən parlament seçkilərində hakim partiyasının məğlub olduğunu etiraf etdi və yeni hökumətin yaradılmasında müxalifətə yardım edəcəyinə söz verdi.
XS
SM
MD
LG