Accessibility links

Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir


Rusiya son günlər Ukraynanın mülki və enerji infrastrukturuna havadan və dronlarla genişmiqyaslı zərbələr endirərək, insan tələfatına və böyük dağıntılara səbəb olub.

Ukrayna ordusu və region rəsmisinin bildirdiyinə görə, aprelin 12-də səhər saatlarında Rusiyanın yeni hücumları ölkənin cənubunda yerləşən Diepropetrovsk bölgəsində enerji obyektini hədəf alıb. Hücumdan sonra alovlanan obyektə ciddi ziyan dəyib.

Ordunun hesabatında enerji obyektinin adı müəyyən edilməyyib, yalnız vurulan dörd Rusiyaya dronunun dağıntılarının Krivorijsk rayonundakı "mühüm" infrastruktur obyektinin ərazisinə düşərək, yanğına səbəb olduğu bildirilib.

Regionun rəhbəri Serhiy Lısak Ukrayna yanğınsöndürənlərinin yanğını söndürməyə müvəffəq olduqlarını, lakin dəymiş ziyanın miqyasını dərhal qiymətləndirməyin mümkün olmadığını bildirib.

Bu arada, Xerson vilayət administrasiyasının rəhbəri Oleksandr Prokudin aprelin 12-də bildirib ki, Rusiyanın Ukraynanın cənub bölgəsinə gecə ərzində endirdiyi zərbələr mühüm infrastruktur obyektinə ziyan vurub, amma o, hansı obyek olduğunu vurğulamayıb.

Bölgədəki 15 yaşayış məntəqəsinin atəşə tutulduğunu deyən Prokudin, xüsusilə yaşayış məntəqələrinin hədəf alındığını bildirib. Onun sözlərinə görə, itkilər barədə dərhal məlumat verilməyib, lakin bir neçə ev dağılıb.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri sosial mediada aprelin 12-də Rusiyanın 6 bölgəyə buraxdığı 17 pilotsuz təyyarədən 16-nı vurduğunu bildirib.

"Ukrayna Müdafiə Qüvvələri Mikolayiv, Odesa, Xerson, Dnipropetrovsk, Vinnitski və Xmelnitski vilayətləri daxilində 16 "Şahed" tipli PUA-nı vurub" Facebook səhifəsində deyilib.

Aprelin 11-də Ukrayna paytaxtından təxminən 50 kilometr cənubda yerləşən, Kyiv, Çerkassı və Jitomir vilayətlərinin əsas elektrik enerjisi təchizatçısı olan Tripilska elektrik stansiyası Rusiya raketləri tərəfindən dağıdılıb.

Yüz minlərlə insanı işıqsız qoyan hücum, belə görünür Ukraynanın Moskvanın kütləvi hava hücumlarını dəf etmək qabiliyyətinin zəiflədiyini göstərir.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Litvaya səfəri zamanı müttəfiqlərini ölkəsini hərbi yardımla, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün hərəkətə keçməyə çağırıb.

"Hazırda əsas vəzifə hava hücumundan müdafiə sistemimizi gücləndirmək, Ukrayna Müdafiə Qüvvələrinin təcili ehtiyaclarını ödəmək və Rusiya terrorunun öhdəsindən gələ bilmək üçün beynəlxalq dəstəyi birləşdirmək üçün səylər göstərməkdir" - deyə, Zelenski X-də yazıb.

Forum

XS
SM
MD
LG