Accessibility links

Rusiyanın xarici işlər naziri Suriya müxalifəti ilə görüşüb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada vəziyyətin yaxşıya doğru getmədiyini deyib. Cənab Lavrov bunu bu gün Milli Birliyinə daxil olmayan müxalifət liderləri ilə görüşü zamanı deyib və əlavə edib ki, Suriyadakı böhran yalnız ölkə daxilində həll edilməlidir. "Ən vacibi xaricdən heç bir müdaxilə olmadan, istər ölkənin taleyi, istərsə də siyasətçilərin seçimində suriyalılar özləri qərar verməlidir " -deyə, cənab Lavrov bildirib.

Ərəb Baharından sonra ekstremistlərin regionda sabitliyi pozmasından narahatlığını ifadə edən Rusiya deyir ki, prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinə xaricdən heç bir təzyiq olmamalıdır.
XS
SM
MD
LG