Accessibility links

Pilotsuz təyyarə hücumu Kaluqa yaxınlığındakı neft emalı zavodunda yanğına səbəb olub


Pilotsuz təyyarələr Kaluqa vilayətindəki neft emalı zavodunu vurub. Bu barədə SHOT Teleqram kanalı yerli sakinlərə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Kaluqadan 30 kilometr aralıda yerləşən neft emalı zavodu "Birinci Zavod" ərazisində partlayış səsləri eşidilib. Sakinlər əvvəlcə bir neçə pilotsuz təyyarənin uçuş səsini eşidib, daha sonra neft bazası ərazisində yanğın baş verdiyini görüb.

VChK-OGPU Teleqram kanalı Kaluqa neft emalı zavodunda baş verən yanğını əks etdirdiyi iddia edilən videonu təkrar yayımlayıb.

Ərazisində neft emalı zavodunun yerləşdiyi Kaluqa vilayətinin Dzerjinski rayonunun "Vahid Növbətçi Dispetçer Xidməti" zavodda yanğının lokallaşdırıldığını bildirib. Bu barədə hökumətyönlü Readovka Teleqram kanalı yazıb.

RİA Novosti fövqəladə hallar xidmətinə istinadən yazıb ki, yanğın dizel yanacağı olan üç çəni və mazut çənini bürüyüb.

Rusiya Müdafiə Nazirliyi cümə axşamından cümə gününə keçən gecə Hava Hücumundan Müdafiə Sistemlərinin 5 pilotsuz təyyarə vurduğunu bildirib. Onlardan üçü Bryansk vilayəti, digəri Belqorod vilayəti ərazisində, biri isə Moskva vilayəti üzərində vurulub. Agentlik pilotsuz təyyarələrin Ukraynaya məxsus olduğunu iddia edir.

Kursk vilayətinin qubernatoru Roman Starovoytun bildirdiyinə görə, mayın 10-na keçən gecə Tyotkino kəndi pilotsuz təyyarələrin hücumuna məruz qalıb. O, kamikadze pilotsuz təyyarənin zərbəsi və partlayıcı qurğuların dağılmasından sonra 3 ev yanıb. Starovoyt hücum nəticəsində yerli sakinlər arasında xəsarət alan olmadığını və yanğının söndürüldüyünü bildirib.

Mayın 10-na keçən gecə Rusiyanın Xarkivi atəşə tutması zamanı 3 nəfər yaralanıb, 50-dən çox evə ziyan dəyib.

Xarkiv şəhərinin meri İqor Terexovun sözlərinə görə, S-300 raketinin zərbəsi nəticəsində 3 ev yanıb. Onlardan ikisi tamamilə sıradan çıxıb. Daha 26 evə isə müxtəlif ziyan dəyib.

Xarkiv yaxınlığındakı kəndlərdən birində infrastruktur obyektinin yaxınlığında havadan atılan bomba 25-ə yaxın binaya və 33 ticarət pavilyonuna ziyan vurub. Digər kənddə isə artilleriya atəşi zamanı fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyü yanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə ərzində Xarkiv vilayəti istiqamətinə 10 pilotsuz təyyarə və 2 "S-300/S-400" raketi atıb. Bütün pilotsuz təyyarələr Odesa, Mıkolayiv və Xerson vilayətləri üzərində məhv edilib.

Forum

XS
SM
MD
LG