Accessibility links

Rüstəm İbrahimbəyov: Hörmətli Leyla xanım - doğum gününüzü dəhşətli şəraitdə qeyd etmənizdən utanc hissi keçirirəm


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Dekabrın 21-i hazırda həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusun ad günüdür.

Leyla Yunus 1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsivə Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır.

1992-1993-cü illərdə - Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib.

Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldib, siyasi məhbusların problemi ilə məşğul olub.

Leyla Ynusun həyat yoldaşı, tarixçi alim Arif Yunus da həbsdədir. Yunuslar Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham olunurlar.

Bu gün Azərbaycanın tanınmış kinorejissoru Rüstəm İbrahimbəyov Lela Yunusa təbrik məktubu göndərib. Məktubnda deyilir:

“Hörmətli Leyla xanım. Sizi doğum gününüz münasibətilə təbrik edərkən onu bu cür dəhşətli şəraitdə qeyd etmənizdən utanc hissi keçirirəm. Bunun belə olmasına görə öz ölkəmin, ziyalıların, öz yerimə xəcalət çəkirəm. Sizin ailəyə qarşı törədilən özbaşınalıqları ürək ağrısı ilə izləyirəm və ədalət məhkəməsinə rəhbərlik edənlərin vicdansızlığından dəhşətə gəlirəm. Onlarda hakimiyyətə qarşı bu cür qul xislətini kim tərbiyə edib?

Sizin atanızı, milli kino istehsalatının banilərindən olan Teymur müəllimi tanıyırdım. O vaxtdan əlli il keçib. Lakin bu insanın onu o zamankı kinematoqrafiya mühitində digərlərindən fərqləndirən görünüşünüvə əsl ziyalı davranışını yaxşı xatırlayıram. Oxşar keyfiyyətləri sizdə də görmüşəm. Və mən əminəm ki, duruş gətirə biləcəksiniz. İnanıram ki, hələ bundan sonra da ailənizlə, Azərbaycanda və ondan kənarda sizi sevənlərinizlə neçə-neçə doğum günləri keçiriəcəksiniz.

Ümid edirəm ki, mənim təbrikim sizə çatacaq və bu, minlərlə insanın bu gün fikrən sizinlə olduğunu təsdiq edəcək.

Qardaş hissi ilə Rüstəm İbrahimbəyov”.

XS
SM
MD
LG