Accessibility links

Milli Şuranın prezidentliyə namizədinin görüşünə mane olmağa çalışıblar [Yenilənib, Mehman Əliyevlə müsahibə]


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin görüşünə mane olmağa çalışırlar

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin görüşünə mane olmağa çalışırlar

Jurnalistlərə qarşı zorakılıq olub

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Sabirabadda

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Sabirabadda


Oktyabrın 4-də, Sabirabadda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə görüşünə bir qrup şəxs mane olmağa cəhd edib.

Seçicilərlə görüşünə müdaxilə edilən zaman jurnalistlərə də təzyiqlər olub.

Naməlum şəxslər Azadlıq Radiosunun bölgə müxbiri Tural Mustafayevin kamerasını sındırıblar.



"Azadlıq” qəzetinin müxbirləri Ramin Deko və Sevinc İltifatqızı, “Turan” İnformasiya Agentliyinin fotoreportyoru Etimad Budaqov, “Yeni Müsavat” qəzetinin müxbiri Röya Rəfiyeva da təzyiqə məruz qalıb.

-----------------------------------------
Oktyabrın 4-də, Sabirabadda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçilərlə görüşünə bir qrup şəxs mane olmağa cəhd edib.

Xeyli adam girişi bağlayaraq İlham Əliyevi dəstəkləyən şüarlar səsləndirib.

Polis tədbirə maneçilik törədənlərə müdaxilə etməyib, hadisəni kənardan seyr edib.

“Biz prezidentimizin əleyhinə çıxanları bura buraxmarıq. Rədd olub getsinlər”, - çığıraraq münaqişə yaratmaq istəyiblər. Lakin müxalifət tərəfdarları təxribatçıları sıxışdırıb və görüş başlayıb.

Təxribatçılar AXCP lideri Əli Kərimlinin və Cəmil Həsənlinin çıxışlarını pozmağa cəhd etsələr də bu, baş tutmayıb.

Digər şəhərlərdə olduğu kimi, burada da polis görüşün keçirildiyi yerə gedən yolları əhatəyə alıb və müxalifətçi namizədlə söhbət etmək istəyən vətəndaşları buraxmayıb.
XS
SM
MD
LG