Accessibility links

Sanders Klintona səs verəcəyini bildirib


ABŞ-da Demokrat Partiyasında prezidentliyə namizədlik uğrunda mübarizə aparmış Berni Sanders bu gün MSNBC kanalının Morning Joe proqramında noyabrda keçiriləcək prezident seçkilərində Hillari Klintona səs verəcəyini bildirib.

Senator deyib ki, Donald Trampın prezident kimi Ağ Evə girməsinin qarşısını almaq onun əsas məqsədlərindən biridir.

“Doğrudur mən Donald Trampı məğlub etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mənim fikrimcə, Tramp prezident seçilərsə bir çox fəlakətlərə yol açacaq” - deyə o bildirib.

Sanders Klintonun iyunun əvvəlində lazım olan deleqat sayını toplayaraq Demokrat partiyasının namizədi olmasını təmin etdikdən sonra da öz kampaniyasını davam etdirir və müxtəlif şəhərlərdə keçirilən seçki yürüşlərində nitqlər söyləyir. O, Demokratların Qurultayına qədər seçkilərdən kənarlaşma fikrini qəbul etməyib.

“Nə üçün biz mümkün ən yaxşı platformanı yaratmaq üçün mübarizə aparmaq əvəzinə, əlimizdən gələni əsirgəməliyik,” deyə Sanders Amerika əhalisini siyasi proseslərdə iştirakını artırmaq üçün təkidlə mübarizə edir.

XS
SM
MD
LG