Accessibility links

Azərbaycan və türk diaspor təşkilatları Ermənistan prezidentinin Fransaya səfərinə etiraz edib


Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası
Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası

Diaspor təşkilatları Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib

Noyabrın 12-də Dünya Azərbaycanlıları Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib.

Dünya Azərbaycanlıları Konqresinin məlumatına görə, aksiyada Ermənistan dövlət başçısı Serj Sarkisyanın Fransaya səfərinə etiraz edilib. İştirakçılar “Qarabağ bizimdir, bizim olacaq!” , “Fransa ,öz gucünü BMT qətnamələrinin yerinə yetirilməsinə və Azərbaycana qarşı erməni təcavüzünü dayandırmağa yönəlt!” və digər şüarlar səsləndirib.

Tədbirdə çıxış edən Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı, Azərbaycan parlamentinin deputatları, çoxsaylı diaspor təşkilatlarının rəhbərləri beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının beynəlxalq hüquqa etinasızlığının təzahürü kimi qiymətləndirib.

Aksiyanın sonunda qəbul edilmiş bəyanatın mətni oxunub. Bəyanat Ermənistan səfirliyinə təqdim olunub.

Xatırladaq ki, noyabrın 12-də Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya rəsmi səfəri başlanıb. Elə bu gün Serj Sarkisyanı Yelisey sarayında Fransanın prezidenti Fransua Holland qəbul edib.
XS
SM
MD
LG