Accessibility links

Nikola Sarkozi rüşvət qalmaqalında ədliyyə sistemini günahlandırır


Sabiq Fransa prezidenti Nikola Sarkozi ədliyyə sistemini onu alçatmaq və məhv etməkdə günahlandırıb.

Sarkozi haqda rəsmi təhqiqat başladıb. O, korrupsiya iddiaları ilə ittiham olunur.

Sabiq prezident nəzarət altına alınaraq bir neçə saat sorğu-sual edilib. Fransada yüksək rütbətli siyasətçilər nadir hallarda nəzarət altına alınır.

Televiziya müsahibəsi zamanı cənab Sarkozi iddiaları rədd edib və Fransa ədliyyə sisteminin siyasi maraqlara qulluq etdiyini deyib.

Rəsmilər sabiq prezidenti nüfuzundan sui-istifadə edərək 2007-ci ildə onun seçki kampanyasına qarşı başladılmış istintaqın qarşısını almaqda ittiham edirlər. Həmin kampaniya zamanı onun Liviyanın sabiq lideri Müəmmər Qəzzafidən pul almasında şübhələnilir.

Mühafizəkar Sarkozi 2012-ci ildə prezident seçkilərində sosialist Fransua Ollanda məğlub olmuşdu. O, siyasətə qayıdacağına ümid edir.

XS
SM
MD
LG