Accessibility links

Sarkozi ortaq nüvə təhlükəsizliyi standartlarının müəyyən edilməsinə çağırır


Sarkozi ortaq nüvə təhlükəsizliyi standartlarının müəyyən edilməsinə çağırır

Sarkozi ortaq nüvə təhlükəsizliyi standartlarının müəyyən edilməsinə çağırır

Fransa prezidenti Nikola Sarkozi dünya ölkələrini ortaq nüvə təhlükəsizliyi standarlarının yaradılmasına çağırıb. O bunun Yaponiyada baş verən hadisələrin bir daha təkrar olunmaması üçün vacib olduğunu bildirib.

Tokioda Yaponiya baş naziri Naoto Kan ilə birgə mətbuat konfransında cənab Sarkozi deyib ki, dünya dağıdıcı iqlim dəyişiklikliyi təhlükəsinə səbəb olan karbon emissiyalarının qarşısını almaq üçün nüvə enerjisinə üz tutub. Onun sözlərinə görə, hazırda nüvə enerjisinə tutarlı alternative yoxdur. Fransa prezidenti ona görə də bu ilin sonunadək təkmilləşdirilmiş təhlükəsizlik standartlarının müzakirə edilməli olduğunu bildirib.

Yaponiyanın okean sahillərində radiasiya səviyyəsi artmaqdadır. Bu isə müəyyən edilməmiş radiasiyanın dənizə sızması qorxusu yaradır.

XS
SM
MD
LG