Accessibility links

Səudiyyə Ərəbistanı İraqla sərhədlərinə 30 000 nəfərdən ibarət qoşun yerləşdirib


Səudiyyə Ərəbistanı sünni yaraqlıların krallığa hücum edəcəyindən ehtiyat edərək, İraqla sərhədə 30 000 hərbi qüvvə yerləşdirib.

Səudiyyənin Əl-Ərəbiyyə xəbər kanalının bildirdiyinə görə, krallıq ordusunu İraq sərhədə hökumət ordusunun sərhədi tərk etməsindən sonra yerləşdirib. Əl-Ərəbiyyə kanalı ilə 2500-ə qədər əsgərin bölgəni qoyub qaçdığı nümayiş etdirilsə də, İraqın ordu sözçüsü bunun yalan olduğunu deyib.

Dörd gün əvvəl yaraqlıların İraq İslam Dövləti və İŞİD qrupları Suriya və İraqda ələ keçirdikləri bölgələri İslam Dövləti adlandırıb.

Səudiyyə Ərəbistanının 800-km-lik sərhədləri bölüşür və İraqın sərhəd ərazilərinin demək olar yarısı islamçı yaraqlı qrupların nəzarəti altındadır.

XS
SM
MD
LG