Accessibility links

Seçkilərdən sonra Türkiyənin baş naziri müxalifətlə təmas quracağına söz verdi


Seçkilərdən sonra Türkiyənin baş naziri müxalifətlə təmas quracağına söz verdi

Seçkilərdən sonra Türkiyənin baş naziri müxalifətlə təmas quracağına söz verdi

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan dünən keçirilən parlament seçkilərində partiyasının böyük üstünlüklə qələbə qazanmasından sonra müxalifətlə təmas quracağına söz verib. Qələbəyə baxmayaraq, Ədalət və İnkişaf Partiyası ölkə Konstitusiyasına dəyişiklik etmək üçün lazım olan 2/3-lik qvotanı keçə bilməyib. Cənab Ərdoğanın sözlərinə görə, nəticələr göstərir ki, bunun əvəzində yeni konstitusiya güzəştlər yolu ilə qəbul oluna bilər.

Baş nazir 1982-ci ildə Türkiyədə ordu hakimiyyətdə olan zaman qəbul olunan konstitusiyaya dəyişikliklər olunacağına söz verib. 550 yerlik parlamentdə hakim partiya 326 üzvlə təmsil olunacaq. Əsas müxalifət partiyası Cumhuriyyət Xalq Partiyası 135, Milliyətçi Hərəkat Partiyası isə 53 yer əldə edib.

XS
SM
MD
LG