Accessibility links

Rusiyanın kompüter hakeri 27 il müddətinə azadlıqdan məhrum edilib


Rusiya qanunvericisinin 32 yaşlı oğlu kiberhücumlara görə 27 il müddətinə azadlıqdan məhrum edilib. Roman Seleznyovun hökmü Seatl məhkəməsi tərəfindən çıxarılıb. Bu, ABŞ tarixində kompüterlə bağlı ən uzunmüddətli cəza hesab edilir.

Hakerin atası Valery Seleznyov
Hakerin atası Valery Seleznyov

Roman Seleznyov kredit kard nömrələrini ələ keçirilməkdə və ABƏ şirkətlərinə 169 milyon dollarlıq zərər vurmaqda ittiham edilib.

Konnektikut ştatının Bricport şəhər məhkəməsi isə 36 yaşlı Pyotr Levaşovu qəsdən kompüterlərə ziyan vurmaq və fırıldaqçılıqda ittiham edib.

Levaşov
Levaşov

Rusiyanın kompüter proqramçısı İspaniyanın Barselona şəhərində nəzarət altına alınıb. O, 2016-cı il ABŞ prezident seçkiləri zamanı hakerlikdə ittiham edilir. ABŞ onun ekstradisiyasına çalışır.

Levaşov kriminal əməliyyatları 2009-2013-cü illərdə əl atıb. Onun fəaliyyətləri 500-dən artıq şirkətə ziyan vurub.

Selenyovun işinə Nevada və Corciya ştatlarının federal məhkəmələri də baxır.

XS
SM
MD
LG