Accessibility links

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri nalayiq hərəkətlərə yol verildiyi üçün BMT-nin sülhümühafizə missiyasının maliyyəsinin azaldıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Respublikaçı senator Bob Korker BMT-nin sülhümühafizə missiyasının üzvlərinin yol verdiyi nalayiq hərəkətlərin uzun müddətdir nəzarətsiz qaldığını bildirib.

Korker və başqa senatorlar həm BMT, həm də təşkilata məxsus olmayan hərbi və polis qüvvələrinin personalının əsas etibarilə Afrika ölkələrində seksual təcavüz və başqa nalayiq hərəkətlərə yol verdiyi haqda məlumatları qəzəblə qarşılayıb.

Birləşmiş Ştatlar BMT-nin 8 milyard dollarlıq sülhümühafizə missiyasının büdcəsinin təxminən dörddə bir hissəsini ödəyir. Konqres komitəsi qarşısında ifadə verən ABŞ Dövlət Departamentinin rəsmisi Treysi Enn Jeykobson bəzi ölkələrdə pis rəftarla əlaqədar tədbirlər görüldüyünü bildirib.

BMT sülhümühafizə qüvvələrinin nalayiq hərəkətlərə yol verməkdə ittiham edilmiş bəzi üzvlərinə qarşı sərt ölçülər götürüb. Buraya sülhümühafizə qüvvələrindən ibarət iki kontingentin ger qaytarılması kimi addım da daxildir. Lakin bu ölçülərə baxmayaraq, nalayiq hərəkətlərə yol verildiyinə dair yeni məlumatlar verilir.

XS
SM
MD
LG