Accessibility links

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində insan alveri ilə mübarizə mövzusunda dinləmələr keçirilib. Komitə son 10 ildə insan alveri ilə mübarizənin effektiv aparılması üçün əsas vasitələri nəzərdən keçirib. Dünya üzrə insan alveri qurbanlarının sayının təxminən 21 milyonla 27 milyon arasında olduğu bildirilir.

Xarici Əlaqələr Komitəsinin sədri Ceon Kerrinin iştirakı ilə keçən dinləmələrdə aktrisa Jada Pinket Smitv və Humanity United fondunun vitse-prezidenti Deyvid Abramoviç və Beynəlxalq Ədalət missiyasının vitse-prezidenti Holli Börkhalter insan alveri ilə mübarizə sahəsində vəziyyətlə bağlı ifadə veriblər.

Senator Kerri insan alverini cinayətkar fəaliyyət növü adlandıraraq, hər il ildə uşaqlar da daxil olmaqla insanların satış obyekti olduğunu deyib. O qeyd edib ki, bu cinayətkar biznes ildə 32 milyard dollar gəlir gətirir.

Aktrisa Cada Pinket Smit insan alverini “gözəgörünməz” problem adlandıraraq, diqqəti uşaqların qul kimi işləməyə məcbur edildiyinə çəkmişdir.

Dinləmələr zamanı qeyd edilib ki, insan alveri ilə mübarizədə birgə səylər problemin həllində effektiv nəticələr verə bilər. Bu baxımdan qeyri-hökumət təşkilatlarının fəaəliyyəti qeyd edilib və göstərilib ki, insan alveri ilə məşğul olanların şəxslərin məsuliyyətə cəlb edildiyi və cəzalandırıldığı yerlərdə qul əməyindən istifadə və seksual istismar hallarının azaldığı müşahidə edilir.
XS
SM
MD
LG