Accessibility links

Barak Obamaya ünvanlanan məktubda zəhərli risin maddəsi aşkar edilib


ABŞ-ın hüquq-mühafizə orqanları prezident Barak Obamaya ünvanlanan məktubda zəhərli risin maddəsi aşkar edildiyini bildirib. Bu, Amerikada yüksək səlahiyyətli şəxslərə göndərilən ikinci zəhərli məktubdur.

ABŞ-ın Konqres nümayəndələri respublikaçı senator Rocer Vikersə göndərilən məktubda öldürücü risin maddəsinin aşkar edildiyini bildirib. Məktub Kapitoli binasının poçt otağında tapılıb.

Rəsmilərin dediyinə görə, risin üç müxtəlif testlərdən sonra aşkar edilib. Məktub Tennisi ştatının Memfis şəhər markası ilə göndərilib.

Senator Viker bəyanatında qanunvericilər və onların işçilərinin təhlüksəliyini təmin edən hüquq-mühafizə orqanlarına gərgin işləri və sayıqlıqlarına görə təşəkkürünü bildirib.

2004-cü ildə Senatın poçt xidmətində aşkar edilən risin maddəsi Senatın binalarının müvəqqəti olaraq bağlanmasına səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG