Accessibility links

Seneqalda üsyan yaşanılır


Seneqalda üsyan yaşanılır
Seneqalda üsyan yaşanılır

Seneqal paytaxtı Dakarın küçələrində zorakılıqlar cümə günündən bəri vüsət alıb. Müxalif nümayişçilər dünən gecə iğtişaş polisinin baryerlər qurmasına və gözyaşardıcı qazdan istifadə etməsinə baxmayaraq təkərləri yandırmış və polisi daşa basmışlar. Başqaları prezident Abdulaye Vadenin mənsub olduğu hakim Seneqal Demokrat Partiyasının qərargahını yandırıblar.

Nümayişçilər Konstitutsiya Məhkəməsinin cənab Vadeyə üçüncü dönəm prezidentliyə seçilmək hüququ tanımasından qəzəbləniblər. Məhkəmə habelə bir neçə müxalifət liderinin namizədliklərini qeydə almayıb. Etirazçılar prezident Vadenin istefa verməsini və namizədliyini geri götürməsini tələb edirlər. Rəsmilər Dakar və başqa şəhərlərə iğtiaş polisi yeridiblər.

Məhkəmənin qeydə almadığı namizədlər appelyasiya məhkəməsinə müraciət edirlər. Onların sırasında məşhur pop ulduzu Yussu N’Dur da var. Siyasi fəaliyyətə keçmiş müğənninin sözçüsü müxbirlərə bildirib ki, N’Dur Vadeyə qarşı “sonadək vuruşacaq.”

XS
SM
MD
LG