Accessibility links

Sərdar Cəlaloğlu: Bir qüvvənin uzun müddət hakimiyyətdə saxlanması həm də beynəlxalq güclərin işidir [Video-müsahibə]


Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Amerikanın Səsinə müsahibəsində prezident seçkiləri, təşviqat kampaniyası, müxalifətin rolundan danışıb. O,hakim rejimin siyasətini kəskin tənqid edib.

Müsahibədən seçmələr:

-Resurslar baxımından bu seçkiləri azad, ədalətli və bərabər hesab etmək olmaz. Çünki təbliğat və təşviqat üçün çox qısa müddət ayrılıb. Cəmi 20 günə dövlətin və cəmiyyətin qarşısında duran çox ciddi problemlərlə bağlı platformamızı şərh etməliyik.

-Pulsuz efir vaxtı çox azdır. Maliyyə resursları çox məhduddur, azad biznes yoxdur. Biznes qurumları hakimiyyətin tam nəzarəti altındandır. Ona görə də ianələr toplamaq, seçki büdcəsini formalaşdırmaq çox çətindir.

-Seçkilərə qatılan iki qüvvə Milli Şura və Demokrat Partiyası dövlət büdcəsindən maliyyələşmir. Qalan namizədlərin partiyaları büdcədən maliyyələşir. Eyni zamanda, prezident seçkilərində namizədlərin kampaniyası üçün maliyyə ayırmaları yoxdur.

-Qloballaşan dünyada bir qüvvənin uzun müddət hakimiyyətdə saxlanması yalnız daxili qüvvələrin deyil, həm də beynəlxalq güclərin işidir. Biz Suriyanı nümunə götürək. Bütün müxalifət təpədən-dırnağadək silahlanıb. Amma, Bəşər Əsəd beynəlxalq güclər tərəfindən müdafiə olunduğunduan hələ də hakimiyyət dəyişikliyi baş vermir. Bu səbəbdən də bizim kimi dinc mübarizə aparan qüvvələrin hakimiyyət dəyişməsinə gücü çatması beynəlxalq güclərin mövqeyindən də asılıdır.

- Biz fazalı demokratiyaya keçid xətti siyasəti aparırıq. Bu isə kənardan hakimiyyətin hakimiyyətdə qalmasına xidmət kimi görünür. Bu çox yanlışdır. İlk baxışdan belə görünsə də Azərbaycan müxalifəti tarixi məsuliyəti dərk edərək, dünyada gedən prosesləri izləyərək bu prosesi izləməyə məcburdur.

- Müstəqillik əldə edildikdən sonra Azərbaycanda formalaşmış ictimai-siyasi, hüquqi rejim hakimiyəytin seçkilər yolu ilə dəyişməsinə imkan vermir. Bir tərəfdən hakimiyyətin dinc ötürülməsi mexanizmləri yoxdur, digər tərəfdən ictimai-siyasi vəziyyət hakimiyyətin dəyişdirilməsinə zəmin yaratmır.
XS
SM
MD
LG