Accessibility links

Sərhədsiz Reportyorlar İlqar Nəsibovun döyülməsini tənqid edib


Reporters without borders

Reporters without borders

Bu gün “Sərhədsiz Reportyorlar” təşkilatı Naxçvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisi, hüquq müdafiəçisi-jurnalist İlqar Nəsibovun qəddarcasına döyülməsinə münasibətini bildirib.

Təşkilatın bəyanatında deyilir ki, İlqar Nəsibovun xanımı Məlahət Nəsibova həyat yoldaşının döyülməsinə görə hakimiyyətin məsuliyyət daşıdığını bildirir. “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun Naxçıvanda huşunu itirənə qədər döyülməsindən dərin narahatlıq keçirir.

“Azad Avropa Radiosu və Turan informasiya agentliyi üçün çalışan Nəsibov həmçinin Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində işləyir. O, dünən (srağagün) gecə saatlarında qan içində tapılıb. Hazırda kəllə-beyin silkələnməsi, bir neçə qabırğanın, burun və almacıq sümüklərinin sınması diqanozu ilə reanimasiyada saxlanılır. Döyülməsindən 12 saat keçməsinə baxmayaraq, aldığı zədələrdən qanaxması davam edir. Həkimlər onun beyninə qansızma təhlükəsindən narahatdırlar”.

XS
SM
MD
LG