Accessibility links

“Bir dünya istəyirəm...”, - Şərqi Azərbaycanda zəlzələ qurbanlarına dəstək konserti


Müğənni Tünzalə Ağayevanın xeyriyyə konserti
Müğənni Tünzalə Ağayevanın xeyriyyə konserti

“Avrasiya” İctimai Birliyinin təşəbbüsü ilə baş tutan konsertdə Azərbaycanın tanınmış müğənnisi Tünzalə Ağayeva oxuyub

Avqustun 27-də Rəşid Behbudov adına Mahnı teatrında İranın Şərqi Azərbaycan əyalətində zəlzələ qurbanlarına kömək məqsədi ilə “Bir dünya istəyirəm...” adı altında xeyriyyə konserti keçirilib. “Avrasiya” İctimai Birliyinin təşəbbüsü ilə baş tutan konsertdə Azərbaycanın tanınmış müğənnisi Tünzalə Ağayeva oxuyub.
“Avrasiya” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, konsertdə toplanan vəsait Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin xətti ilə zəlzələ nəticəsində zərər çəkən soydaşlara göndəriləcək. "O insanlarla biz bir yerdə olmalıyıq. Birliyimizi, gücümüzü göstərməliyik. Kimin imkanı nəyə çatırsa əlindən gələni əsirgəməməlidir", - deyə o qeyd edib.
Avqustun 11-də İranda Şərqi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində 306 nəfər həlak olub, 3000-dən çox insan xəsarət asıb, yüzlərlə yaşayış məntəqəsi dağılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG