Accessibility links

Araşdırma: Sərvət xoşbəxtliyi təmin edə bilməz


Sərvət xoşbəxtliyi təmin edə bilməz. Lakin xoşbəxtlik insanın maddi vəziyyətini yaxşılaşdıra bilər.

London universitetinin alimləri maraqlı bir fakt aşkarlayıb. Gənc yaşlarında xoşbəxt və həyatlarından razı insanlar daha zəngin olur. Alimlər müəyyən ediblər ki, 22 yaşında 2 min dollar qazanan xoşbəxtlərin gəliri 29 yaşında 8 min dollara yüksəlir.

Araşdırmalar buna birbaşa aydınlıq gətirməsə də, xoşbəxt yeniyetmələrin ali təhsilə marağının yüksək olduğunu müəyyən edib. Bu hətta bacı-qardaşlar arasında da özünü büruzə verir. Belə ki, uşaqlar arasında ən xoşbəxti daha firavan həyat sürür.

16, 18 və 22 yaşlı 10 min gənc arasında aparılan araşdırmalardan məlum olub ki, xoşbəxt insanlar daha yaxşı ailə qurur. Bu isə öz növbəsində ictimaiyyətlərə müsbət təsir bağışlayır.
XS
SM
MD
LG