Accessibility links

Elşad Abdullayev Sevinc Babayevanın telefon söhbətinin audiosunu yayıb [Telefon Danışığı-Audio]


Elşad Abdullayev
Elşad Abdullayev

Telefon danışığında insanlardan alınan rüşvətin müqabilində nə verilən vədin yerinə yetirildiyi, nə də pulun geri qaytarıldığı bildirilir. S.Babayeva bunu MTN-ə də yazıb.

Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yaydığı rüşvət videosunun “qəhrəmanı” Sevinc Babayevanı arzuolunmaz şahid kimi, “aradan götürüləcəyi” haqda hələ illər öncə xəbərdar edibmiş.

Bir telefon söhbəti zamanı bu haqda danışdıqlarını deyən sabiq rektor həmin söhbətin bir hissəsinin audioyazısını “Azadlıq” qəzetində yayıb.

Həmin audioyazını təqdim edirik.

Audioyazıda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər yüksək vəzifəli şəxslərin adı hallanır. Lent yazısında iddia edilir ki, Elşad Abdullayev və digər şəxslərdən rüşvət alınıb, lakin vəd edildiyi işlər düzəldilməyib. Sevinc Babayeva bunlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdiyini bildirir.

Xatırladaq ki, Sevinc Babayeva dekabrın 26-da İstanbuldakı “Medicana International İstanbul Hospital” klinikasında dünyasını dəyişib. Onun barəsində cinayət işi qaldrılmasına və İnterpol xətti ilə axtarışda olmasına baxmayaraq Azərbaycan sərhəddini keçərək Türkiyəyə gedib. İstanbulda qəflətən vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə ürək çatışmazlığından dünyasını dəyişib.

İctimaiyyət və Elşad Abdullayev Sevinc Babayevanın ölümünü birmınalı qarşılamayıb. E.Abdullayev bildirib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə “killer aşpazları” var. Ölkədə 4-cü idarə deyilən gizli qurum var və oraya daxil olan insanlar nazirləri belə saymır. 4-cü idarənin əməkdaşları yalnız daha yüksək vəzifəli şəxslər qarşısında hesabatlıdır.


XS
SM
MD
LG