Accessibility links

Jurnalist Şirin Abbasova 30 sutka həbs veriblər


Şirin Abbasov
Şirin Abbasov

Sentyabrın 16-da yoxa çıxan jurnalist Şirin Abbasova 30 sutka inzibati cəza veriblər.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə məlumat verib.

Jurnalisti polisə müqavimət göstərməkdə günahlandırılır.

Vəkil deyib ki, onu jurnalistin saxlandığı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə buraxmasalar da, 30 sutka cəza barədə məlumat Ş.Abbasovun orada olan valideynlərinə verilib.

***

Jurnalist Şirin Abbasov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketçiliklə və hədə-qorxu ilə tələbetmə ilə mübarizə şöbəsi tərəfindən saxlanılıb.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, şöbə rəisi yerində olmadığından onunla görüşə bilməyib:

"Hazırda rəisə teleqram vurmağa gedirəm ki, mənsiz dindirmə aparmasınlar".

Şirin Abbasovun nümayəndəsi vəkil Namizəd Səfərov Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verib. Vəkilin sözlərinə görə, xidmətdən bildiriblər ki, onlarda yalnız barəsində cinayət işi açılmış şəxslər haqqında məlumat var.

Meydan TV media qurumu ilə əməklaşlıq edən jurnalist Şirin Abbasovla sentyabrın 16-ı günorta saatlarından əlaqə kəsilib.

Onun telefonuna zəng catmır. Rayonda yaşayan valideynlərinin də jurnalist barədə məlumatı yoxdur. Həmkarları narahatdırlar ki, o, polis orqanları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə Azadlıq radiosuna bu barədə məlumatı olmadığını deyib.

XS
SM
MD
LG