Accessibility links

Castin Timberleyk Bai şirkətinin məhsulunu pulsuz reklam edib


Castin Timberleyk dünyada ən məşhur istedadlardandı. Ona görə də Bai şirkəti Super Bowl oyununda məhsulunu reklam edərkən ən məşhur ulduzlardan istifadə edib.

Reklam yayımlandıqdan sonra insanlar onun bu reklamda iştirak etməsinə görə nə qədər pul aldığı barədə ehtimal etməyə başlayıb və onlar bu məbləğin 5 və ya 10 milyon dollar olduğunu düşünür.

Bu rəqəmlər belə bir ulduz üçün normal görünür.

Amma Radar online-a istinadən Castin Timberleyk bu reklama havayı çəkilib.

Tiberleykə yaxın mənbə bildirib ki, Castin bu reklama görə bir qəpik belə almayıb…

Amma sonra onlar əlavə edib ki, Timberleyk bu şirkətə şərikdir.

Və məhz ona görə belə bir məşhur aktyor reklamda bir an görünmək üçün milyonlarla dollar pul almayıb.

Ümid edirik ki, bu reklamdan sonra Bai içkiləri satan bu şirkətin biznesi yaxşı gedəcək.

XS
SM
MD
LG