Accessibility links

Avstraliya məhkəməsi terrorçunun rəfiqəsini həbsdə saxlayıb


Avstraliya məhkəməsi ötən həftə Sidneydə, kafedə insanlara ölümlə nəticələnən hücum edən əslən İranlı ruhi xəstənin rəfiqəsinin zaminə buraxılması haqda qərarı ləğv edib.

Amira Drudis ötən həftə 17 nəfəri girov götürərək 16 saat kafedə saxladıqdan sonra silahlı polis tərəfindən öldürülən Man Haron Monisin rəfiqəsi idi. Hadisə zamanı iki girov həlak olub.

Drudis Monisin keçmiş həyat yoldaşını qətlə yetirmə ittihamı ilə həbs edildikdən sonra zaminə buraxılmışdı. Associated Press Monisin həyat yoldaşının bıçaqlandığını və yandırıldığını bildirib.

Monis keçmiş həyat yoldaşının qətlində iştirak etməkdə təqsirli bilinib. O, 40 fərqli seksual təçavüz aktında də təqsirli bilinib.

Monis 20 il bundan əvvəl İranda təqiblərə məruz qaldığını iddia edərək Avstraliyada sığınacaq tapıb. Astrologiya, numerologiya və cadugərlik kimi qeyri İslamçı fəaliyyətinə görə o, mediada özünəməxsus stilli İslamçı ruhanı kimi tanınırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG