Accessibility links

Silvio Berluskoni məhkəmə dinləmələrində iştirak edib


Silvio Berluskoni məhkəmə dinləmələrində iştirak edib
Silvio Berluskoni məhkəmə dinləmələrində iştirak edib

Cənab Berluskoni ona qarşı irəli sürülən ittihamların gülünç və əsassız olduğunu bildirib

İtaliyanın baş naziri Silvio Berluskoni bu gün biznes apardığı zaman yol verdiyi maliyyə fırıldaqları və etibardan sui-istifadə ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün məhkəmədə dinləmələrdə iştirak edib.

Milanda bağlı qapılar arxasında dinləmələr onun `Mediatrade` şirkəti ilə əlaqədar məhkəmə qarşısına çıxarılıb-çıxarılmamasını müəyyən etmək məqsədilə keçirilir. Bu, 74 yaşlı İtaliya liderinə qarşı açılmış bir neçə məhkəmə işindən biridir.

Cənab Berluskoni ona qarşı irəli sürülən ittihamların gülünç və əsassız olduğunu və opponenetlərini hüquqi sistemdən ona qarşı ideoloji alət kimi istifadə etməkdə günahlandırıb.

XS
SM
MD
LG