Accessibility links

Şimali Koreyanın daha bir raket sınağı tənqidlərə məruz qalır

A missile is fired from a naval vessel during the test-firing of a new type of anti-ship cruise missile to be equipped at Korean People's Army (KPA) naval units in this undated photo released by North Korea's Korean Central News Agency (KCNA) in Pyongyang

Şimali Koreya dövlət mediasının verdiyi məlumata görə, ölkə möhkəm gücə malik raket mühərrikinin mühüm sınağını uğurla başa vurub. Bu, Şimali Koreyanın yaxın zamanda uzaqmənzilli raketlər atmaq qabiliyyətinə malik olmasına işarədi.

KCNA xəbər agentliyi bildirib ki, Şimali Koreya lideri Kim Conq Unun sınağa rəhbərlik edib və rəsmilərə tez bir zamanda peyk sınağına hazır olmaq göstərişi verib.

Son bir ildə ölkə fəza proqramı çərçivəsində bir neçə uzaqmənzilli raket sınaqları keçirib. BMT və başqaları bu sınaqları ballistik raketlər qabiliyyəti əldə eldə etmək məqsədi daşıdığına inanır.

KCNA-ın məlumatına görə, bu gün sınaqdan keçirilən yeni mühərrik Şimali Koreyanı dünya səviyyəsində Yer Kürəsini müşahidə peyki də daxil olmaqla, müxtəlif peyklər daşımaq qabiliyyəti ilə təmin edəcək.

Yeni mühərrikin sınağı Şimali Koreyanın 5-ci və ən güclü nüvə başlığı sınağı həyata keçirməsindən 2 həftə sonraya təsadüf edir. Ölkə bu sınağın onlara raketlərdə nüvə başlıqları yerləşdirmək imkanı verəcəyini bildirib.

XS
SM
MD
LG