Accessibility links

Pantürkizm ilə ittiham edilən fəal 10 həbsə və 2 il sürgünə məhkum edilib


Siyamək Mirzayi

Siyamək Mirzayi

Keçən ilin iyul ayının 24-də İran Azərbaycanının Muğan bölgəsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb hazırda Tehranın Evin Həbsxanasında saxlanılan türk fəal Siyamək Mirzayi 10 il həbs və 2 il sürgündə yaşamaq cəzasına məhkum edilib.

Siyamək Mirzayi Tehran vilayəti Baharistan şəhərinin İnqilab Məhkəməsində mühakimə edilib.

Məhkəmə tərəfindən çıxarılan və Güney Azərbaycan Televiziyasının (Günaz TV) surətini nəşr etdiyi hökmdə Mirzayinin fəaliyyətləri və üzləşdiyi ittihamlara geniş yer verilib.

Sənəddə iddia edilib ki, tanınmış fəal “2006-cı ildə Pantürkist mahiyyətli fəaliyyətlərini davam etməyəcəyinə dair söz versə də, bu növ fəaliyyətlərə davam edib.”

Məhkəmə türk fəalın evində tapılan kitablar və kitabçaların isə məhv edilməsinə dair hökm verib

Hökmə görə, milli fəalın Tehran vilayətində çəkəcəyi 10 il həbs müddəti bitdikdən sonra, o, 2 il sürgündə yaşamaq cəzasını çəkmək üçün Cənubi Xorasan vilayətinin Təbəs şəhərinə göndəriləcək.

Məhkəmə türk fəalın evində tapılan kitabların məhv edilməsinə dair hökm verib.

O, 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında pantürkizm ittihamının “anlaşılmaz şəkildə yazılmış” bir ittiham kimi dəyərləndirir.

XS
SM
MD
LG