Accessibility links

Milli Şura "Talana son!" şüarı ilə mitinq keçirib [Videolar & Fotoqalereya]


"Xalqa dəymiş ziyan kompensasiya edilsin, əmək haqları artırılsın, Avropa Birliyi ilə assosiasiya sazişi imzalansın!"

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Demokratik Qüvvələrin Milli Şurası Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib."

***

Dövlət himninin sədaları altında mitinq yekunlaşdırılıb. Milli Şura növbəti mitinqini aprelin 5-də saat 15-də "Məhsul" stadionunda keçirəcəyini elan edib.

Mitinqin qətnaməsində hökumətdən tələb edilir ki, manatın ucuzlaşması nəticəsində xalqa dəymiş ziyan kompensasiya edilsin, əmək haqları artırılsın, sahibkarlardan toplanan qeyri-qanuni ödənişlər ləğv olunsun, gömrükdə rüşvət yığışdırılsın, Avropa Ittifaqı ilə assosiasiya sazişi imzalansın.

Milli Şuranın "Talana Son!" şüarı ilə keçiriln mitinqinin qətnaməsi
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın üzvü Rövşən Əhmədli ölkədə doğru olanların cəzalandırıldığını bildirib.

“Bu gün oğrunun əlini kəsmək əvəzinə görənin gözünü çıxarırlar, danışanın dilini kəsmək istəyirlər. Buna boyun əymək olmaz,” o, qeyd edib.

Əhmədov insanların inanclılarını sındırmaq istənildiyini də deyib.

Bu gün oğrunun əlini kəsmək əvəzinə görənin gözünü çıxarırlar, danışanın dilini kəsmək istəyirlər. Buna boyun əymək olmaz.

“Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Onlar hər bir azərbaycanlının üzündəki gülüşü oğurlayıblar, Azərbaycan gəncinin gəncliyini oğurlayıblar. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”.

Rövşən Əhmədli: Boyun əymək olmaz
please wait

No media source currently available

0:00 0:01:30 0:00

***

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib.

O, çıxışında bildirib ki, etirazçıların meydana gəlməsinin qarşısını almağa cəhd ediblər.

"Mayası oğurluqla qurulmuş hakimiyyətdən bundan artıq nə gözləmək olar? Onlar hakimiyyəti oğurlayıb, xalqın azadlığını, sərvətini oğurlayıb, indi də profil oğurlamağa keçib. Oğurluğu bu ölkədə ənənəyə çevirənlərə ar osun!"

Cəmil Həsənli bildirib ki, xalq indi yox, artıq 20 ildir ki, böhran içindədir.

Nə zamana qədər ki, bu millət öz iradəsini ortaya qoyub bu oğru hakimiyyətə "yox" deməyəcək, Azərbaycan xalqı bu zülmdən qurtula bilməyəcək.
Cəmil Həsənli

"Hesabat vermək zamanı gəlib. Nə zamana qədər ki, bu millət öz iradəsini ortaya qoyub bu oğru hakimiyyətə "yox" deməyəcək, Azərbaycan xalqı bu zülmdən qurtula bilməyəcək. Heç bir zalım rejim əbədi deyil və bir gün xalq bu rejim üzərində qələbəsini qeyd edəcək".

Cəmil Həsənli hökumətin korrupsiyanın qarşısını almadığını və inhisarçılığın bazarlarda qiymətlərin artmasına səbəb olduğunu bildirib.

“İqtidar korrupsiyaya qarşı mübarizə üçün 10-a yaxın idarə, komitə, komissiya yaradıb. Nə dəyişib? Heç nə. Çünki korrupsiya şəbəkəsinin başında şəxsən İlham Əliyevin özü dayanır. Bazarlarda, dükanlarda qiymət od tutub yanır”.

Qiymətləri qonşu İran və Rusiya ilə müqayisə edərək birlirib ki, bu ölkərə iqtisadiyyat deyən bir şey yoxdur, qiymətləri monopolistlər müəyyən edir.

İqtidar korrupsiyaya qarşı mübarizə üçün 10-a yaxın idarə, komitə, komissiya yaradıb. Nə dəyişib? Heç nə. Çünki korrupsiya şəbəkəsinin başında şəxsən İlham Əliyevin özü dayanır.
Cəmil Həsənli

“Nədən İranda bananın bir kiloqramı Azərbaycan pulu ilə 50, Rusiyada 60 qəpikdir, Azərbaycanda 2 manat 80 qəpik?”, o hökumətdən sual edib.

Cəmil Həsənli 2 milyon 200 min vətəndaşın kredit əsarətində olduğunu bildirib. O kredit faizlərinin 20, 25 bəzən isə hətta 35 faizə qədər olduğunu deyib.

“Çünki bank sisteminin başında hakim ailə dayanır”.

Milli Şura sədri sahibkarların qazancını hökumətin qanunsuz olaraq əlindən aldığını diqqətə çatdırıb.

“Sahibkarlara qarşı böyük bir soyğunçuluq edilir. Onlar qanuni vergini, rüşvəti ödəsələr də, hakim dairələr bununla da qane olmurlar. Deyirlər ki, 100 min qazanırsan 10 min, 150 min qazanırsansa, 15 min əlavə pul verməlisən. Səbəb də odur ki, Avropa Oyunları keçirirlər. Millətin fəlakəti üzərində özünü təbliğ edənlərə ar olsun. Bunlar şəhid ailələrinin kompensasiyasını vermir, amma xaqlın pulunu erməni qonaqlara xərcləmək istəyirlər”.

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib
please wait

No media source currently available

0:00 0:01:30 0:00
Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli çıxış edir -1
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın sədri Cəmil Həsənlinin "Talana Son!" şüarı ilə keçirilən mitinqdə çıxışı-2
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın sədri Cəmil Həsənlinin "Talana Son!" şüarı ilə keçirilən mitinqdə çıxışı-2
please wait

No media source currently available

0:00 0:01:30 0:00

***

AXCP sədrinin müavini Gözəl Bayramlı çıxışında daha çox büdcənin neftdən asılılığından, qeyri-neft sektorunun inkişaf etməməsindən danışıb. O qeyd edib ki, bütün bunlara görədir ki, neftin dünya bazarında qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatının çökməsinə gətirib çıxarıb.

Milli Şuranın mitinqininin keçirildiyi stadionuna polis nəzarət edir. hələ ki etirazçılarla polis arasında heç bir insident yaranmayıb.

AXCP sədrinin müavini Gözəl Bayramlının çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

***

Mitinqdə ilk olaraq AXCP sədri Əli Kərimli çıxış edib.

"Bu gün bizim düçar olduğumuz durum hakimiyyətdəkilərin yarıtmaz siyasətinin nəticəsidir. Onlar bu gün anti-xalq siyasəti yürüdürlər. Xalqın başına oyun açılır. Hakimiyyət korrupsiyasından qalmır".

Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir
Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir

Cənab Kərimli çıxışında bildirib ki, hakimiyyət, hüquq-mühafizə orqanları mitinqə gəlmək istəyənlərə maneələr yaradıb. O həmçinin bildirib ki, həkimi, müəllimi 200-300 manat alan bir ölkəyə Avropa Oyunlarının keçirilməsi lazım deyil.

Əli Kərimli: "Hakimiyyət anti-xalq siyasəti yürüdür"

Əli Kərimli: Hakimiyyət anti-xalq siyasəti yürüdür
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Əli Kərimlinin "Talana son!" mitinqində çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Əli Kərimlinin "Talana son!" mitinqində çıxışı-1
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli diqqəti daha çox ona çəkib ki, manatın devalvasiyası məhz ölkə başçısının manatla bağlı vədindən sayılı günlər sonraya təsadüf edib.

Əli Kərimlinin Milli Şuranın "Talana son!" mitinqində çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

***

Milli Şura martın 15-də "Talana son!" şüarı ilə “Məhsul” stadionunda mitinq keçirir

Mitinqdə Mərkəzi Bankın qəfil elan etdiyi devalivasiya, manatın 34 faiz dəyərdən salınması və bunun insanların yaşayışına mənfi təsirinə etiraz bildirilir.

Öz növbəsində Bakı şəhər İcra Hakimiyyəti rəsmi razılığının açıqlanmasından sonra Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.

Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir
Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir

İdarənin rəis müavini Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcək.

“Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara bu barədə xəbərdarlıq etmişik. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.

Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.

Milli Şura "Talana son!" deyir
please wait

No media source currently available

0:00 0:01:30 0:00

XS
SM
MD
LG