Accessibility links

Beynəlxalq koalisiya: Vətəndaş cəmiyyətinə təzyiqə son qoyulsun


Beynəlxalq Koalisiya

Beynəlxalq Koalisiya

"Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibova vəhşicəsinə hücum qəzəb doğurur. Azərbaycan hakimiyyəti tez, səmərəli və qərəzsiz araşdırma həyata keçirməlidir."

Bu barədə 8 beynəlxal təşkilatın: Ön Cəbhə Müdafiəçiləri, İnsan Hüquqları Evləri Fondu, Norveç Helsinki Komitəsi, Rafto Fondu, Çətinlikdə olan İnsanlar, Human Rights Watch, ARTICLE 19 və Sərhədsiz Reportyorların birgə bəyanatında deyilir.

Bəyanatda göstərilib ki,İstintaq bu cinayətin təqsirkarlarını və sifarişçilərini aşkar etməli və cəzalandırmalıdır. Hakimiyyət Nəsibova mütəxəssislərin tövsiyə etdi zəruri tibbi köməyi göstərməlidir.

Məlahət və İlqar Nəsibovlar uzun illərdir Azərbaycanın Naxçıvan bölgəsində cəsuranə hüquq müdafiə fəaliyyəti ilə məşğul olurlar. Onlar vaxtilə vətəndaş Turac Zeynalovun Milli Təhlükəsizlik Nazirliyində işgəncələr nəticəsində dünyasını dəyişməsi faktını araşdırıblar.

Onların rəhbərlik etdiyi Demokratiyaya Dəstək Resurs Mərkəzi bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparıb və iyulda Avropa Məhkəməsi Azərbaycan hakimiyyəti ilə kommunikasiyaya başlayıb.

Son illər Nəsibovlar Turac Zeynalovun ölüm faktının araşdırılmasına son qoymaq məqsədilə çoxsaylı hədələr alıb və təzyiqə məruz qalıb.

İlqar Nəsibova son hücum Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi fonunda ölkədə hüquq müdafiəçilərinə qarşı repressiyaların bir halqası oldu. Belə ki, ölkənin bir neçə məşhur hüquq müdafiəçisi həbsdədir, daha bir neçə nəfər isə saxta ittihamlarla mühakimə edilib.

Bir çox hüquq müdafiəçisinə və vətəndaş fəalına ölkəni tərk etmək qadağan edilib, onların bank hesablarına həbs qoyulub.

Bununla əlaqədar olaraq beynəlxalq koalisiya Azərbaycan hakimiyyətinə aşağıdakı çağırışları edib:

Hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə qarşı repressiyalar son qoyulsun.

Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün hüquq müdafiəçilərinin təhlükəsizliyi təmin edilsin.

Leyla Yunus, Arif Yunus və saxta ittihamlarla həbs edilmiş bütün digər hüquq müdafiəçiləri dərhal və qeyd-şərtsiz azad edilsin və bütün bu saxta ittihamlar ləğv edilsin.

XS
SM
MD
LG