Accessibility links

Nils Mujnieks Azərbaycanda QHT-lərlə bağlı yeni qanunvericilikdən narahatdır


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa Şurasının İnsan Haqları komissarı Nils Mujnieks öz twitter hesabında Azərbaycanda QHT-lərə xarici qrantların verilməsinə dair yeni qanunvericiliyə münasibət verib.

“QHT-lərə xarici qrantların verilməsinə dair yeni qanunvericilik dəyişiklikləri Azərbaycan hökumətinə imkan verir ki, vətəndaş cəmiyyətini daha çox nəzarətdə saxlasın. Bu dəyişikliklər ölkənin insan haqları problemlərini daha da dərinləşdirir” O, yazıb.

QHT qanunvericiliyinə edilən son dəyişikliklərə görə, qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəuyğunluğuna dair rəyi tələb olunur.

Öz növbəsində ötən həftə PA-sı Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov QHT sektorunda durumla bağlı “Azərbaycan” qəzetinə açıqlamalar verib.

F.Ələsgərova görə bu sahənin fəaliyyətini tənzimləyən qaninvericlik bazasına olunan dəyişklik və düzəlişlər şəffaflığın təmin olunması və QHT-lərin dövlət qurumları ilə əlaqələrinin sadələşdirilməsi məqsədilə edilir.

O, hesab edir ki, şəffaflığın təmin edilməsi təkcə dövlət qurumlarına yox, vətəndaş cəmiyyəti sektoruna da aid edilməlidir.

Bundan əlavə, F.Ələsgərov beynəlxalq qurumların yerli nümayəndəliklərini ölkə qanun vericiliyinin tələblərini pozamqda suçlayıb.

XS
SM
MD
LG