Accessibility links

İlkin Rüstəmzadə cəza kamerasına salınıb


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətini tənqid edən yazı ilə çıxış etdikdən sonra onun kamerasında axtarış aparılıb

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının fəalı İlkin Rüstəmzadə Bakı İstintaq Təcridxanasının cərimə kamerasına salınıb.

Vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, Restəmzadə ilə noyabrın 27-də görüşüb.

“İlkin Rüstəmzadə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinitənqid edən yazı ilə çıxış edib. Çox güman ki, bu yazıdan sonra, onun kamerasında axtarış aparıblar. Çörək kəsmək üçün istifadə edilən aləti kəsici alət kimi götürüblər. Buna görə də onu 7 gün müddətinə cəza kamerasınasalıblar. Artıq 4-cü sutkadır cəza kameraslında saxlanır”.

Vəkilin sözlərinə görə hazırda bu alətlə bağlı təhqiqat aparılır. Təhqiqatdan sonra nəticəyə uyğun adekvat addımlar atılacaq.

İlkin Rüstəmzadə 2013-cü ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə birgə həbs olunub.

Gənclər əsasən kütləvi iğtişaşları təşkil etmək cəhdində təqsirli bilinirlər. İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib.

“Amnesty İnternational” Rüstəmzadəni “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG