Accessibility links

Ukrayna və İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə gətirməyə cəhd edən dəstə tutulub


narkotik

narkotik

Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsi məlumat verir

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna və İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan ərazisinə ümumilikdə 40 kiloqrama yaxın narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb, 15 nəfər şübhəli şəxs qismində tutulub.

Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsi məlumat verib.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri MTN və Dövlət Gömrük Komitəsi həyata keçirib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci, (qaçaqmalçılıq) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işləri başlınılıb.

Bundan başqa, MTN tərəfindən narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı daha bir neçə əməliyyat-axtarış tədbiri keçirilib.

40 kiloqrama yaxın narkotik vasitələri tiryək, heroin və marixuanadan ibarət olub.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG