Mayın 12-də bir qrup şəhid ailəsi Sumqayıt şəhərində evlərinin sökülməsinə etiraz olaraq Sülh küçəsini bağlayıb.
Sumqayıt şəhər Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsinə faktı təsdiq ediblər. Növbətiçi hissədən polisin müdaxiləsindən sonra avtomobil yolunun açıldığını bildiriblər. Hazırda 4-cü polis bölməsi etirazın səbələrini araşdırır.