Accessibility links

David Lidinqton: Məhkəmə prosesinin bir sıra aspektləri onu deməyə əsas verir ki, qərar siyasi motivlidir


Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton
Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton

Azərbaycan bunu qəbul etmir

Avqustun 13-də Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Leyla və Arif Yunusa həbs cəzası verilməsindən sonra ölkədə insan haqlarının vəziyyətindən dərin naharatlığını ifadə edib.

13 avqust 2015-ci ildə Azərbaycan məhkəməsi vergidən yayınma, qanunsuz sahibkarlıq, dələduzluq və saxtakarlıq kimi şübhəli ittihamlarla insan haqları müdafiəçisi Leyla Yunusu səkkiz il yarım və onun həyat yoldaşı, tarixçi Arif Yunusu yeddi il azadlıqdan məhrum etməklə bağlı qərar çıxarıb.

Qərara münasibətini bildirən Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə naziri David Lidinqton deyib:

“Mən Leyla və Arif Yunusa həbs cəzası verilməsindən çox narahat oldum. Müşahidəçilərimizin izlədiyi məhkəmə prosesinin bir sıra aspektləri onu deməyə əsas verir ki, qərar siyasi motivlidir. Bu aspektlərə diplomatlar, həmçinin digər müşahidəçilərin məhkəmə zalına buraxılmaması daxildir. Saxlanıldıqları son bir ildə Leyla və Arifin səhhətindəki kəskin ağırlaşmalar xüsusilə narahatlıq doğurur.

Biz Azərbaycandakı insan haqları ilə bağlı ağır durumu mütəmadi olaraq görüşlərimizdə qaldırırıq və bu sahəni diqqətdə saxlamaqda davam edəcəyik. Biz, həmçinin Azərbaycan hökumətini ölkədəki insan haqları ilə bağlı durumu yaxşılaşdırmaq üçün konkret addımlar atmaqla bağlı götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə və qanunun aliliyinə hörmət etməyə çağırırıq.

Bu hökm, Azərbaycanın digər tanınmış vətəndaş cəmiyyəti fəallarının davam edən məhkəmə prosesləri kontekstində baş verir. Bura jurnalist Xədicə İsmayıl, insan haqları müdafiəçisi İntiqam Əliyev və demokratiya uğrunda kampaniyalar aparan Rəsul Cəfərovun işləri daxildir. Biz, həm bu proseslərdən, həm də siyasətçi İlqar Məmmədovun cəza çəkdiyi həbsxanada fiziki təzyiqlərə məruz qalması xəbərindən də narahatıq”, deyə o qeyd edib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev David Lidinqtonun bəyanatına münasibət bildirib.

O deyib:

“Leyla Yunus və Arif Yunus barəsində birinci instansiya məhkəməsi tərəfindən 13 avqust 2015-ci ildə çıxarılmış ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi və mahiyyətinin təhrif edilməsi cəhdlərini qınayır və qəbuledilməz hesab edirik.

Leyla YunusAzərbaycan Cinayət Məcəlləsinin178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Məhkəmə prosesinin izlənilməsi üçün məhdudiyyətlərin tətbiq edilməsi barəsində iddia əsassızdır. Məhkəmə prosesi açıq və sərbəst mühitdə keçirilib. Məhkəmənin kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələr və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Avropa İttifaqı üzv ölkələrinin diplomatları tərəfindən izlənilməsinə tam şərait yaradılıb.

Leyla və Arif Yunusun istintaq dövründə səhhəti ilə əlaqədar iddiaya gəlincə isə yerli tibbi xidmətlərlə bərabər Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın Charite xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub. Prof. Dr. Kristian Vitt hal-hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcəkdir.

Azərbaycanda məhkəmələrin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir. Qanuna uyğun olaraq, hər bir vətəndaşın apelyasiya qaydasında məhkəməyə müraciət etmək hüququ vardır”, Hacıyev bildirib.

Bununla yanaşı, yerli və beynəlxalq media məhkəmə prosesinə jurnalistlərin, Arif və Leyla Yunusun yaxınlarının, beynəlxalq qurumların nümayəndələrinin buraxılmaması ilə bağlı çoxsaylı video görüntülər nümayiş etdirib. Hətta Niderlandın Azərbaycandakı səfrini əvəz edən şəxs məhkəməyə buraxılmamasından media vasitəsi ilə açıq narazılığını ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG