Accessibility links

Leyla Yunus təcridxananın tibb məntəqəsinə köçürülüb


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Hazırda müdafiə tərəfi L.Yunusun barəsində hökmdən apellyasiya şikayəti hazırlayır

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus alman professor Kristian Vittin müayinəsindən sonra Bakı təcridxanasının tibb məntəqəsinə köçürülüb.

Bu barədə Turan-a vəkil Elçin Qəmbərov bildirib.

Onun sözlərinə görə, professor Vitt L.Yunusu ötən həftənin sonlarında müayinə edib və onun tibb məntəqəsinə köçürülməsini tövsiyə edib.

Çünki kamera şəraitində müalicə mümkün deyil.

Vəkil həmçinin bildirib ki, L.Yunusdan sonra professor MTN təcridxanasında Arif Yunusu da müayinə etməlidir.

Hazırda müdafiə tərəfi L.Yunusun barəsində hökmdən apellyasiya şikayəti hazırlayır.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8,5 Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG