Accessibility links

“Hüquqlar naminə idman” koalisiyası Rauf Mirqədirovu azd etməyə çağırır


“Hüquqlar naminə idman” (Sport For Rights) koalisiyası
“Hüquqlar naminə idman” (Sport For Rights) koalisiyası

“Hüquqlar naminə idman” (Sport For Rights) koalisiyası Azərbaycan hakimiyyətinə jurnalist Rauf Mirqədirovu, həbs olunmuş hüquq müdafiəçiləri və digər jurnalistləri qeyd-şərtsiz azad etmək barədə çağırışını bir daha təkrarlayıb.

Bu barədə koalisiyanın bəyanatında deyilir.

Koalisiya həmçinin Mirqədirovun səhhətindən narahatlığını bildirib.

"Azərbaycan qanunvericiliyinə əsasən, məhkəməyəqədər həbs cazası müddəti 19 aya qədərdir. Mirqədirov digər siyasi məhbuslarla yanaşı, hazırda Azərbaycanda siyasi motivlərlə barmaqlıqlar arxasında qalan səkkiz jurnalistdən biridir", sənəddə qeyd edilir.

Nəsimi Rayon Məhkəməsində Azər Paşayevin sədrliyi ilə sentyabrın 4-də Rauf Mirqədirovun həbs müddəti daha 2 ay uzadılıb.

Rauf Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya edildikdən sonra dövlətə xəyanət ittihamı ilə həbs olunub. O bu ittihamı qəti şəkildə rədd edir.

XS
SM
MD
LG