Accessibility links

XİN: BMT-nin Ali komissarının Azərbaycanda insan hüquqları ilə bağlı fikirləri sifarişli və qeyri-obyektivdir


Hikmət Hacıyev

Hikmət Hacıyev

İnsan hüquqları üzrə BMT-nin Ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlər sifarşli və qeyri-obyektiv xarakter daşıyır.

Bunu Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin insan hüquqları üzrə Ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, insan hüquqları üzrə BMT-nin Ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlər sifarşli və qeyri-obyektiv xarakter daşıyır:

"Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən insan hüquqları məsələsi seçimli əsasda istismar olunur və məhdud siyasi məqsədlər üçün istifadə edilir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq insanın hüquqlarının müdafiəsi barəsində vəzifə mandatına uyğun olaraq İnsan hüquqları üzrə BMT-nin Ali komissarı tərəfindən mövqe nümayiş etdirilmədiyi halda, ölkəmizdə məhkəmə qərarı ilə təsbit olunmuş fərdi cinayət əməllərinə siyasi müdaxilə cəhdləri qərəzli münasibətdən başqa bir şey deyildir".

Hikmət Hacızadə bildirir ki, Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunub.

XS
SM
MD
LG