Accessibility links

Şamaxıda seçkiyə etiraz olub [Video]


Şamaxıda etiraz
Şamaxıda etiraz

Saxlananlar olub

Noyabrın 2-də Şamaxıda 1 noyabr parlament seçkilərinin nəticələrinə bir qrup şəxs etiraz edib.

Sosial şəbəkədə yayılan məlumatlara görə, Şamaxı sakinləri noyabrın 1-də keçirilən səsvermənin gedişi zamanı müşahidə etdikləri pozuntu faktları ilə əlaqədar gün ərzində bir neçə dəfə Dairə Seçki Komissiyasına müraciət etsələr də, heç bir tədbir görülməyib.

Bununla bağlı noyabrın 2-də youtube-da yerləşdirilən videoda bir gənc seçki pozuntuları ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə o, Şamaxı camaatının vəziyyətinin yaxşı olmadığını, problemlərin olduğunu qeyd edib.

O, müraciətində bildirib ki, noyabrın 1-də seçki günündə seçki bülletenləri sayılarkən işıqlar söndürülüb, bundan istifadə edilərək bütün seçki məntəqələrində qutular oğurlanıb Dairə Seçki Komissiyasına aparılıb.

Gənc video müraciətdə seçkiyə qədər rayon icra hakimiyyəti başçısı tərəfindən təzyiqlər edildiyi, insanlara namizədlərlə görüşə çıxmaması ilə bağlı hədə -qorxu gəlindiyini deyib.

“Biz cənab prezidentdən xahş edirik bu ədalətsizliyə son qoyulsun. Şamaxı camaatı millət vəkili seçməyib. Bizim vətəndaşlıq borcumuzdur ki, dövlətimizlə, millətimizlə prezidentlə dövlətimizə dəstək olaq. Bu saxtakarlığa son qoymaq lazımdır”, deyə müraciətdə qeyd olunub.

Bundan sonra parlament seçkisində qanun pozuntularının araşdırılmasını tələb edən aksiya iştirakçıları ilə polis arasında gərginlik yaranıb.

Aksiya iştirakçıları arasında deputatlığa namizədlərdən Vəfalı Fətullayev, Qəhrəman Şəhriyar da olub.

"Azadlıq" qəzeti isə iştirakçılardan 5 nəfərin saxlandığını və sonradan azad buraxıldığını bildirir.

Hələlik aksiya ilə bağlı rəsmilər tərəfindən hər hansı reaksiya verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG